Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 445-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 175.8-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən əlavə dəyər vergisinin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülməsi qaydasını və şərtlərini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 445-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747, № 11, maddələr 1018, 1023, № 12 (I kitab), maddə 1154; 2026, № 1, maddə 35, № 2, maddələr 123, 125; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 689 nömrəli və 25 iyun tarixli 697 nömrəli fərmanları) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bəndə “birinci cümlələrində,” sözlərindən sonra “175.8-ci maddəsinin üçüncü cümləsində,” sözləri əlavə edilsin;
3.2. 1.7-ci bənddə “, 175.9-cu maddələrində” sözləri “maddələrində, 175.8-ci maddəsinin üçüncü cümləsində, 175.9-cu maddəsində” sözləri ilə əvəz edilsin.
4. Bu Fərmanın 1-ci və 3-cü hissələri 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2026-cı il
Dövlət Komitəsi və AzQAC mina təhlükəsizliyi üzrə birgə maarifləndirmə fəaliyyətini davam etdirirlər