lider-media.az

BDYPİ-dən küləkli hava ilə əlaqədar xəbərdarlıq

Baxış: 1466 Tarix: 27-07-2026, 13:14

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Bu barədə BDYPİ-dən məlumat verilib. Xəbərdarlıqda bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq verilib. BDYPİ əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə hərəkət iştirakçılarını ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

Qeyd edilib ki, qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücüləri daha məsuliyyətli davranmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu nəzərə almalı, daşınan yüklərin etibarlı şəkildə qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

İdarə sürücülərə nəqliyyat vasitələrini aşma, sürüşmə və digər təhlükə riski olan obyektlərdən kənarda saxlamağı, park zamanı isə qapalı məkanlara üstünlük verməyi tövsiyə edib. Qeyd olunub ki, xüsusilə açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsi məhdudlaşa bilər. Bu səbəbdən sürücülər sürət həddinə və ara məsafəsinə nəzarət etməli, ötmə və manevr zamanı daha diqqətli olmalıdırlar.

BDYPİ piyadalara da hava şəraitini düzgün qiymətləndirməyi, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yarada biləcək davranışlardan çəkinməyi tövsiyə edib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi