lider-media.az

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

Baxış: 1433 Tarix: 24-07-2026, 15:32

İyulun 24-də Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib. Bu mərhələdə hər iki rayona ümumilikdə 202 nəfərdən ibarət 53 ailə qayıdıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sakinlərin qarşılanma və mənzillərin açarlarının təqdimat mərasimi Xocalı şəhərində keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov doğma yurdlarına qayıdan sakinləri təbrik edib, onlara öz evlərində xoşbəxt və firavan həyat arzulayıb.

Qeyd edək ki, bu dəfə Xocalı rayonunun Xanabad kəndinə 10 ailə (31 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə 1 ailə (5 nəfər), Təzəbinə kəndinə isə 9 ailə (39 nəfər) yerləşdirilib. Ağdərə rayonunda isə Aşağı Oratağ kəndinə 10 ailə (34 nəfər), Həsənsizli kəndinə 6 ailə (17 nəfər), Kolatağ kəndinə 3 ailə (19 nəfər), Vəngli kəndinə 6 ailə (26 nəfər) köçürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi