Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 469-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 122 (Cild I); 2025, № 6, maddə 544, № 7, maddə 648, № 8, maddə 747) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddən “27.4-cü maddəsinin ikinci cümləsində,” sözləri çıxarılsın;
1.2. 2.2-1-ci bənd ləğv edilsin.
2. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 iyun tarixli 406 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 6, maddə 544) 1-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2026-cı il