lider-media.az

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib

Baxış: 1540 Tarix: 24-07-2026, 12:54

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Prezidentinin iqlim və su ehtiyatları üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriev arasında görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıblar.

Görüş zamanı tərəflər Xəzər dənzinin səviyyəsinin aşağı düşməsi, aqrar sahəyə dair yeni Dövlət Proqramının əsas məqsədlərindən biri olan su resurslarına qənat edilməsi məqsədilə suvarma sistemlərinin müasirləşdirilməsi, quraqlığa və xəstəliyə davamlı bitki sortlarının qarşılıqlı sınaqlarının təşkil edilməsi, hər iki ölkə ərazisində keçirilən beynəlxalq sərgi, yarmarka və aqrar festivallarda qarşılıqlı iştirak, eləcə də tərəflərin maraq kəsb etdiyi digər prioritet məsələlər müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi