lider-media.az

Bakı-Quba yolunda avtomobil piyadanı vurub

Baxış: 164 Tarix: Сегодня, 10:53

baki-quba-yolunda-avtomobil-piyadani-vurub-oldurdu

Daha bir piyada ehtiyatsızlığı ölümlə nəticələnib. Faciəvi hadisə dünən saat 14:00 radələrində Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində qeydə alınıb.

“VAZ-11173” markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib. Baş Dövlət Yol Polisi İdarəsi hadisənin görüntüsünü yayıb və bir daha bütün yol hərəkəti iştirakçılarını, xüsusilə piyadaları diqqətli və məsuliyyətli olmağa çağırıb:

“Piyadalar üçün ən sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik qaydası yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən və təhlükəsizlik tələblərinə əməl etməklə keçməkdir. Bu qaydalara laqeyd yanaşmaq ağır, bəzən isə geri dönüşü olmayan faciələrlə nəticələnə bilər. Unutmayın, yol hərəkətində təhlükəsizlik hər birimizin şəxsi məsuliyyətindən başlayır. Bir anlıq ehtiyatsızlıq ömürlük peşmançılığa səbəb ola bilər”.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi