Azərbaycan Respublikasına dünyanın 189 ölkəsindən 1092,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 189 ölkəsindən 1092,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 28,1 faizi Rusiya Federasiyası, 21,0 faizi Türkiyə, 8,2 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Pakistan, 2,8 faizi Hindistan, 2,6 faizi İsrail, 2,4 faizi Çin, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,4 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 68,7 faizini kişilər, 31,3 faizini qadınlar təşkil etmişdir.
2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,3 faiz artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 faiz artaraq 430,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı 14,1 faiz azalaraq 480,1 min nəfər təşkil etmişdir.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 5,1 faiz azalaraq 937,4 min nəfər olmuşdur. Vətəndaşlarımızın 41,5 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çox), 17,1 faizi Rusiya Federasiyasına (3,0 faiz az), 11,7 faizi Gürcüstana (0,2 faiz çox), 6,2 faizi İrana (41,0 faiz az), 23,5 faizi isə digər ölkələrə (7,7 faiz az) getmişdir. Gedənlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil etmişdir.
2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.