lider-media.az

ƏMAS-da ezamiyyə vəsiqələrinin elektron tərtibi ilə bağlı yeni funksionallıq yaradılıb

Baxış: 1479 Tarix: 21-07-2026, 16:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) işəgötürənlər üçün ezamiyyə vəsiqələrinin elektron qaydada tərtibinə imkan verən yeni funksionallıq istifadəyə verilib.

ƏMAS-da yeni yaradılan “Ezamiyyə vəsiqələri” bölməsi vasitəsilə artıq işəgötürənlər əməkdaşların ezamiyyələrinin rəsmiləşdirilməsi prosesini tam elektron qaydada həyata keçirə biləcəklər.

Bu yenilik sənədləşmə prosesini sadələşdirməklə məlumatların vahid elektron mühitdə təhlükəsiz saxlanılmasını təmin edir və proseslərin daha operativ icrasına şərait yaradır.

Yeni funksionallıq, eyni zamanda, işəgötürənlərin inzibati yükünün azaldılmasına, sənəd dövriyyəsi sürətləndirilməsinə və əmək münasibətlərinin rəqəmsal idarə olunmasının daha da təkmilləşdirilməsinə xidmət edir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi