lider-media.az

Səhiyyə naziri Qlobal Fondun nümayəndə heyəti ilə görüşüb

Baxış: 1634 Tarix: 21-07-2026, 15:22

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya (EECA) üzrə Baş Fond Portfolio Meneceri (SFPM) Valeriya Qrişeçkinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə Qlobal Fond arasında səhiyyə sahəsində həyata keçirilən əməkdaşlıq layihələri, əldə olunan nəticələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazir Teymur Musayev Qlobal Fondun ölkəmizdə həyata keçirdiyi layihələrin ictimai səhiyyənin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. O, xüsusilə yoluxucu xəstəliklərlə mübarizə, profilaktik tədbirlərin gücləndirilməsi və səhiyyə sisteminin dayanıqlığının artırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Valeriya Qrişeçkina Azərbaycanda səhiyyə sahəsində aparılan islahatları və Qlobal Fondun dəstəyi ilə icra olunan proqramların nəticələrini müsbət qiymətləndirib. O, gələcəkdə də qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.
Görüş zamanı Qlobal Fondun dəstəyi ilə həyata keçirilən proqramların icra vəziyyəti, prioritet istiqamətlər, həmçinin gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edərək əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi