lider-media.az

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

Baxış: 1322 Tarix: 21-07-2026, 11:32

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin  nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib. 
Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev Türkiyə milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Görüş zamanı tərəflər ölkələrimiz arasında olan dostluq və qardaşlıq əlaqələrinin hərbi polis sistemində də uğurla inkişaf etdiyini vurğulayıblar.  
Proqrama uyğun olaraq nümayəndə heyəti Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin Komandanı və Xüsusi Təyinatlı Məktəbin rəisi ilə görüşüb. Görüşlərdə general-mayor E.Əliyev hərbi polis sisteminin inkişafında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
Sonra nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin nəzdində Azərbaycan Hərbi Polisinin "Yaxın Qoruma" bölməsi üçün təşkil olunan qoruma kursunun təlim-tədris prosesi ilə tanış olublar.
Daha sonra Ankara Mərkəzi Komandanlığını ziyarət edən qonaqlara mərkəzi komandanlığın gündəlik fəaliyyəti və tətbiq olunan idarəetmə sistemləri haqqında brifinq təqdim olunub.
Səfərin yekununda Azərbaycan nümayəndə heyəti "Yaxın Qoruma" kursunun təntənəli bağlanış mərasimində iştirak edib. Mərasimdə hərbi qulluqçular kurs zamanı əldə etdikləri nəzəri və praktiki vərdişləri nümayiş etdiriblər.
Sonda kursu uğurla başa vuran hərbi polis nümayəndələrinə sertifikatlar verilib, hədiyyələr təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi