


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində növbəti benefisiar qəbulu keçirilib.Mərkəzin Qiymətləndirmə Komissiyası tərəfindən həssas əhali qruplarına aid 20 vətəndaşın yaradıcı potensialı qiymətləndirilib və onlardan 16-sı müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb olunub. Yeni qəbul edilən şəxslər floristika, bədii oyma, xalçaçılıq, bədii tikmə, fotoqrafiya, təsviri incəsənət, kulinariya, rəqs, kapoeyra və musiqi istiqamətləri üzrə yaradıcılıq bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Bununla da Mərkəz və onun regional filiallarının xidmətlərindən hazırda yararlanan benefisiarların sayı 337 nəfərə çatıb. Ümumilikdə isə Mərkəz fəaliyyətə başladığı vaxtdan etibarən 1031 vətəndaş buradakı xidmətlərdən faydalanıb. Qeyd edək ki, Mərkəzdə əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladlarının, valideyn himayəsindən məhrum olmuş uşaqların, eləcə də aztəminatlı ailələrin üzvlərinin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması və inkişafına dəstək göstərilir. Bu kateqoriyadan olan 6 yaşdan yuxarı istedadlı şəxslər Mərkəz və onun filiallarındakı xidmətlərdən yararlanmaq üçün DOST mərkəzlərinə və ya Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edə bilərlər.
Mərkəzin fəaliyyəti barədə ətraflı məlumatı qurumun rəsmi sosial media hesablarından və "142" Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb