lider-media.az

Avqustun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə qatar reysləri müvəqqəti dayandırılacaq

Baxış: 1 837 Tarix: 16-07-2026, 18:36

Avqustun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə qatar reysləri müvəqqəti dayandırılacaq VİDEO

Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən dəmiryol sahəsində infrastruktura dəyən ziyanın aradan qaldırılması istiqamətində bərpa işləri davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı-Balakən marşrutu üzrə qatarlar yalnız Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı istiqamətində qatarların hərəkəti isə Qax stansiyasından təşkil olunacaq.

Dəmiryol xəttinin tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə avqustun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılacaq.

ADY-nin məlumatına əsasən, həmin marşrut üzrə avqustun 1-13-ü tarixləri üçün bilet almış sərnişinlərə ödənilmiş vəsait tam həcmdə geri qaytarılacaq.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi