lider-media.az

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

Baxış: 1488 Tarix: 15-07-2026, 15:19

2026-cı ilin yanvar-iyun aylarında əsas kapitala 9295,2 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 34,3 faiz artaraq 3163,6 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 5,5 faiz artaraq 6131,6 milyon manat olub.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 22,1 faiz artaraq 5041,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 9,3 faiz artaraq 2955,2 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 2,7 faiz azalaraq 1298,4 milyon manat olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi