Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Suriya Ərəb Respublikasının informasiya naziri Xalid Favaz Zaarur və nazirin rəqəmsal media işləri üzrə müavini Məhəmməd Tafran ilə görüşüb.Görüşdə Azərbaycanla Suriya arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Ölkələrimizin əlaqələrinin inkişafında iki ölkənin liderlərinin görüşlərinin və Suriya Prezidentinin Azərbaycana səfərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Həmçinin ölkələrimizin informasiya və media sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Hikmət Hacıyev Suriyanın informasiya nazirinə Şuşa Qlobal Media Forumunda iştirak etdiyinə görə təşəkkürünü bildirib. O deyib ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrliyi öz üzərinə götürəcək və təşkilatın Zirvə Görüşünə ev sahibliyi edəcək. Prezidentin köməkçisi, həmçinin bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin toplantısının da Azərbaycanda keçiriləcəyini bildirərək, suriyalı naziri həmin tədbirdə iştiraka dəvət edib.
Söhbət zamanı, eyni zamanda, Azərbaycanla Suriya arasında mədəni-humanitar və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, ISESCO çərçivəsində Azərbaycanın Suriyada məktəblərin təmiri və bərpasına göstərdiyi dəstək layihəsi də yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasında dostluğun nümunəsi olduğu bildirilib.
Görüşdə Azərbaycanın Suriyanın siyasi birliyinə, ərazi bütövlüyünə və suverenliyinə daim göstərdiyi dəstək yüksək qiymətləndirilib.


ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb