lider-media.az

Türkiyənin sahilləri yay istirahəti üçün fərqli təcrübələr təqdim edir

Baxış: 112 Tarix: Сегодня, 16:37

Avropa başda olmaqla dünyanın bir çox bölgəsində müşahidə olunan güclü isti hava dalğası fonunda yay istirahəti üçün həm sərinlik, həm də müxtəlif təcrübələr vəd edən məkanlara maraq artır. 

Türkiyə isə təkcə dəniz turizmi ilə deyil, zəngin təbiəti, fərqli iqlim qurşaqları və rəngarəng istirahət imkanları ilə bu istiqamətdə seçilən ölkələrdəndir.

Günəşli sahilləri, şəffaf dənizi və yüksək səviyyəli kurortları ilə tanınan Türkiyə klassik çimərlik istirahəti ilə yanaşı, sərin yaylaqlar, dağ marşrutları, qədim tarixi abidələr və zəngin qastronomiya mədəniyyəti sayəsində hər zövqə uyğun seçim təqdim edir.

Egey sahillərində sərin və rahat yay
Türkiyənin Egey sahilləri sərin dəniz mehinin, şəffaf suların və canlı sahil həyatının vəhdəti ilə fərqlənir. Muğla vilayətində Marmarisdən

Fəthiyyəyədək uzanan kurortlar, eləcə də Bodrum yarımadası yay istirahətinin ən populyar ünvanlarındandır.

 Bodrum ağ rəngli evləri, füsunkar küçələri, "Mavi Səyahət" marşrutları, zəngin sualtı aləmi və MICHELIN bələdçisinə daxil edilmiş restoranları ilə qonaqlara unudulmaz təcrübə bəxş edir.

İzmir bölgəsi də yay aylarında sərin havası və zəngin turizm imkanları ilə diqqət çəkir. Foça, Çeşmə, Alaçatı və Urla həm sakit istirahət, həm də aktiv turizm sevənlər üçün əlverişli seçimdir.

Alaçatı vindsörfinq və kaytsörfinq həvəskarlarının sevimli məkanlarından sayılır, Urla isə MICHELIN ulduzlu restoranlarında Egey mətbəxinin seçmə nümunələrini təqdim edir.

Tarix həvəskarları isə axşam saatlarında ziyarətçilərin üzünə açıq olan qədim Efes şəhərində antik irsi gecənin sərinliyində fərqli atmosferdə kəşf edə bilərlər.

Şimali Egey – təbiət və sərinliyin vəhdəti
Yay istisini daha mülayim iqlimdə keçirmək istəyənlər üçün Şimali Egey bölgəsi ideal seçimdir. Çanaqqaladakı Assos qədim şəhəri,

Egey dənizinə açılan mənzərəsi və özünəməxsus mikroiqlimi ilə seçilir. Burada Athena məbədindən ecazkar panoramanı seyr etmək, sahil restoranlarında yerli zeytun yağı və təzə dəniz məhsullarının dadına baxmaq mümkündür.
Kaz dağları isə sıx şam meşələri, buz kimi soyuq şəlalələri və təmiz dağ havası ilə təbiətsevərlərə fərqli istirahət imkanı yaradır.

Çanaqqaladan bərə ilə asanlıqla çatılan Bozcaada və Gökçeada adaları sakit koyları, toxunulmamış təbiəti və şəffaf dənizi ilə yay mövsümünün ən cəlbedici istiqamətlərindəndir.

Türk Rivyerasında dəniz, tarix və macəra
Aralıq dənizi sahilində yerləşən Türk Rivyerası firuzəyi dənizi, yüksək səviyyəli kurortları və inkişaf etmiş turizm infrastrukturu ilə yay mövsümünün ən populyar istiqamətlərindən biridir.

 Antalya isə rahat istirahət üçün yaradılmış müasir hotelləri, açıq hava spaları və dəniz mənzərəli restoranları ilə seçilir.

Dünyada ən çox Mavi Bayraq sertifikatlı çimərliyə sahib olan Antalya qayıq turları, Kaşda dalğıclıq, Kekova ətrafında dəniz kayakı kimi müxtəlif macəra imkanları da təqdim edir.

Karain və Damlataş mağaraları, Köprülü Kanyonun buz kimi suları, eləcə də Toros dağlarının sərin yaylaqları isti yay günlərində fərqli istirahət alternativləri yaradır.

Axşam saatlarında isə Gecə Muzeyləri Layihəsi çərçivəsində Patara və Aspendos qədim şəhərlərini ziyarət etmək, Belekdə gecə qolfu oynamaq və Aralıq dənizi mətbəxinin zəngin dadlarını kəşf etmək mümkündür.

Qara dəniz sahilləri – sərin yay üçün fərqli seçim
Ənənəvi çimərlik istirahətindən fərqli təcrübə axtaranlar üçün Türkiyənin Qara dəniz sahilləri də cəlbedici istiqamətdir.

National Geographic jurnalının "Best of the World 2026" siyahısına daxil edilən bu bölgə oksigenlə zəngin havası, sərin yaylaqları və füsunkar təbiəti ilə yay istisindən uzaq, sakit və rahat istirahət vəd edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi