lider-media.az

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

Baxış: 1499 Tarix: 12-07-2026, 20:28

post-img

Şuşa şəhərində keçiriləcək “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Qlobal Media Forumunun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb. Forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Buradan onlar Şuşa şəhərinə yola düşəcəklər.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Şuşa Qlobal Media Forumu indiyədək keçirilən tədbirlər çərçivəsində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsini, eksperti və rəsmi şəxsi bir araya gətirərək qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi mövqeyini möhkəmləndirib.

Forum iyulun 14-dək davam edəcək.














OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi