lider-media.az

Qətərdə  matəm

Baxış: 1347 Tarix: 12-07-2026, 14:39

Qətərdə dörd günlük matəm

Qətərdə keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar iyulun 12-dən etibarən dörd günlük ümummilli matəm elan olunub.Bu barədə Qətər əmirinin dəftərxanası məlumat yayıb. Məlumata görə, matəm günlərində dövlət bayraqları yarıyadək endiriləcək, iyulun 13-dən isə nazirliklər və digər dövlət qurumlarının fəaliyyəti müvəqqəti dayandırılacaq. Dövlət qulluqçuları iyulun 19-da işə qayıdacaqlar.

Qeyd edək ki, Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib. O, 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib və 2013-cü ildə hakimiyyəti oğlu, indiki əmir Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi