lider-media.az

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Baxış: 350 Tarix: 1-06-2024, 00:02

Mayın 31-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

Lider-media.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

İclasda İctimai Şuranın sədri, sədr müavini və katibi seçilib.

Yeni dönəmdə sədr pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru, Müasir Psixoloji Dəstək İctimai Birliyinin nümayəndəsi Hikmət Əlizadə, sədr müavini “Yuva” Humanitar Mərkəzi İctimai Birliyi və “FemACT” Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova, katib isə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının nümayəndəsi Günay Əkbərova olacaq.

İclasda İctimai Şuranın fəaliyyət istiqamətləri ətraflı müzakirə edilib, Fəaliyyət Planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, mayın 22-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Namizədliyini irəli sürmüş 19 nəfərdən 11-i səs çoxluğu ilə Şuraya üzv seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi