lider-media.az

Fövqəladə Hallar Nazirliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib (video, foto)

Baxış: 137 Tarix: Сегодня, 12:06

Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması” mövzusunda birgə təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd qoruğun ərazisində yaşayan əhalinin və fəaliyyət göstərən obyektlərin əməkdaşlarının mümkün fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirilməsi, fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.

Təlim nəzəri və praktiki hissədən ibarət olub.

Nəzəri hissədə FHN əməkdaşları tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına, qoruq ərazisində yaşayan sakinlərə, eləcə də fəaliyyət göstərən obyektlərin işçi personalına fövqəladə hallarla bağlı davranış qaydaları, o cümlədən təxliyənin təşkili məsələləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb.

Praktiki hissə qoruq ərazisində baş vermiş şərti yanğın hadisəsi haqqında FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan zənglə başlayıb. Qoruğun ərazisində baş vermiş şərti yanğınla əlaqədar yaranmış vəziyyətin qiymətləndirilməsi, qüvvə və vasitələrin hadisəyə çevik reaksiyası, habelə kəşfiyyat, axtarış-xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə komandir-rəis heyətinin fəaliyyətləri təşkil olunub. Şərti yanğın zamanı insanlar təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib, “yanğın” Nazirliyin yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə “söndürülüb”, “hadisə” baş vermiş binada “köməksiz vəziyyətdə qalmış” şəxslər xilasedicilər tərəfindən “xilas edilərək onlara ilkin yardım göstərildikdən” sonra aidiyyəti üzrə təhvil verilib.

Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, təlimə FHN və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ümumilikdə 34 nəfərdən ibarət canlı qüvvəsi və 6 ədəd xüsusi texnikası cəlb edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi