lider-media.az

Hacıqabulda baş verən qəzada xəsarət alanlardan 14 nəfəri evə buraxılıb

Baxış: 1328 Tarix: 12-07-2026, 11:50

Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusunun aşması səbəbi ilə xəsarət alan 28 nəfər - 12 kişi, 7 qadın, 9 azyaşlı iyulun 12-si saat 06:00 radələrindən başlayaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.Bu barədəTƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfərin (3 kişi, 3 qadın, 8-i azyaşlı) vəziyyəti qənaətbəxş sayıldığından onlar ambulator müalicə üçün evə buraxılıblar.Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfər isə (9 kişi, 4 qadın, 1-i azyaşlı) hazırda instrumental diaqnostik müayinələrə cəlb olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi