lider-media.az

Suraxanıda “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq” adlı festival keçirilib

Baxış: 441 Tarix: 31-05-2024, 23:53

Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq” adlı festival keçirilib.

Lider-media.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və şəhid övladlarının ifasında mahnı səsləndirilib, uşaqlar tərəfindən səmaya sülhün carçıları olan göyərçinlər buraxılıb.

Daha sonra uşaq bağçası-körpələr evləri və məktəblər tərəfindən tullantılardan hazırlanan əl işlərindən ibarət guşələrlə tanışlıq olub və balacaların təqdimatları dinlənilib.

Həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün saç kəsimi aksiyası təşkil olunub.

Tədbirdə şəhid övladlarına və əl işləri sərgilənən sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr təqdim edilib. Uşaqlara dondurmalar paylanıb, eləcə də müxtəlif əyləncəli müsabiqələrin qalibləri mükafatlandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi