lider-media.az

Qətərin keçmiş əmiri vəfat edib

Baxış: 1441 Tarix: 12-07-2026, 10:54

Qətərin keçmiş əmiri vəfat etdi

Qətərin sabiq əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib. Bu barədə əmirin ofisi X sosial şəbəkəsində məlumat yayıb. Rəsmi açıqlamaya əsasən, Şeyx Həməd bin Xəlifə Al Tani bazar günü səhər dünyasını dəyişib. Bəyanatda onun vəfatının ölkə üçün böyük itki olduğu vurğulanıb.

Şeyx Həməd bin Xəlifə Al Tani müasir Qətərin qurucularından biri və ölkənin inkişafında mühüm rol oynamış siyasi xadim kimi tanınır. Hakimiyyəti oğluna təhvil verdikdən sonra da o, Qətərdə nüfuzlu və böyük hörmət sahibi şəxsiyyət olaraq qalmağa davam edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi