Özbəkistan Prezidenti Şeyxülislam Allahşükür Paşazadəni “El-yurt hörməti” ordeni ilə təltif edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni “El-yurt hörməti” ordeni ilə təltif edib.Özbəkistan Prezidentinin müvafiq Fərmanında deyilir: “Yeni Özbəkistanda din və təhsil sahəsində aparılan fundamental islahatların dəstəklənməsində səmərəli və nümunəvi işinə, müsəlman dünyasının mütəfəkkir və üləmalarının dünya sivilizasiyasının inkişafına əvəzsiz töhfələrinin dərindən araşdırılmasına, sülh, humanizm ideyalarının müxtəlif millətlər və xalqlar arasında geniş təbliğinə, müqəddəs İslam dininin elm və maariflənməsinə çalışmasına, beynəlxalq miqyasda dinlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, xüsusən də özbək və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın, mənəvi əlaqələrin möhkəmləndirilməsində, dini və dünyəvi biliklərə hərtərəfli yiyələnmiş ixtisaslı mütəxəssislərin hazırlanmasında, gənc nəslin tolerantlıq, qarşılıqlı razılıq və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində böyük xidmətlərinə görə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Hümmət oğlu Paşazadə Özbəkistan Respublikasının "El-yurt hörməti" ordeni ilə təltif edilsin”.