lider-media.az

Selçuk Bayraktardan Prezident İlham Əliyevlə görüşündən paylaşım

Baxış: 1330 Tarix: 10-07-2026, 14:42

Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Baykar”ın texniki direktoru Selçuk Bayraktar Azərbaycan səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü barədə paylaşım edib.
Selçuk Bayraktar sosial şəbəkə hesabında bildirib ki, görüş zamanı Baykar Teknologiyanın Azərbaycanda həyata keçirdiyi layihələr və gələcək fəaliyyət istiqamətləri barədə Prezident İlham Əliyevə məlumat təqdim edib.
Bayraktar qəbul və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edərək, Azərbaycan və Türkiyə arasındakı birlik və qardaşlığın əbədi olmasını arzulayıb.
“Azərbaycana səfərimiz çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bizi qəbul etdi. Görüşümüz zamanı Bayraktar Teknoloji-nin Azərbaycanda həyata keçirdiyi layihələr barədə Cənab Prezidentə məlumat vermək şərəfinə nail oldum. Səmimi və yüksək qonaqpərvərliyinə görə dərin təşəkkürümü bildirirəm.
Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun” – deyə Selçuk Bayraktar paylaşımında qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi