lider-media.az

Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir

Baxış: 1604 Tarix: 10-07-2026, 12:42

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən 30 ukraynalı uşaq Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilirlər.Onların hər biri üçün fərdi reabilitasiya proqramı hazırlanıb və fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələlərinə cəlb olunurlar. Uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. xidmətlərdən də yararlanırlar. Həmçinin, onlar üçün Şəki Yaylasına və Şamaxıda yerləşən Şamaxıda Alpaka fermasına ekskursiyalar təşkil olunub. 10 günlük reabilitasiya proqramı uşaqların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi