lider-media.az

İyunun 7-də Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək

Baxış: 421 Tarix: 31-05-2024, 19:07

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də, saat 10:00-da Ağsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı və Qobustan rayon sakinlərinin qəbulunu keçirəcək.

  Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağsu rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

  Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi