lider-media.az

Süni intellekt üçün internet “Bakcell”dən

Baxış: 186 Tarix: Сегодня, 16:52

suni-intellekt-ucun-internet-bakcellden

“Bakcell” süni intellekt sahəsində növbəti innovativ təşəbbüsünü təqdim edir. Yeni kampaniya çərçivəsində “ChatGPT”, “Claude”, “DeepSeek” və “Perplexity” kimi aparıcı süni intellekt platformalarında istifadə üçün abunəçilərə hər ay pulsuz internet trafiki təqdim olunacaq.

“Bakcell” istifadəçiləri süni intellekt texnologiyaları vasitəsilə öyrənmək, araşdırmaq, yaratmaq, işləmək və rəqəmsal tapşırıqları daha səmərəli yerinə yetirmək üçün geniş imkanlar əldə edirlər.

Xidmət bütün “Bakcell” abunəçiləri üçün standart olaraq aktivdir və əlavə qoşulma tələb etmir. Kampaniya müddətində istifadəçilərə hər ay qeyd olunan süni intellekt alətlərindən istifadə üçün pulsuz internet trafik təqdim olunacaq.

Bu təşəbbüs süni intellekt texnologiyalarının gündəlik istifadəsini təşviq etməklə yanaşı, istifadəçilərin rəqəmsal imkanlarını daha da genişləndirir. “Bakcell” innovativ həllər vasitəsilə abunəçilərinə müasir rəqəmsal təcrübə təqdim etməklə ölkədə innovasiya və süni intellekt ekosisteminin inkişafına töhfə verir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. 

“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi