Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti” hazırlanıb. Yeni nəşrin təqdimatı tədbirində qurumun rəhbər şəxsləri, kitabın rəyçiləri, Nazirlik yanında İctimai şuranın üzvləri də daxil olmaqla müxtəlif ictimai birliklərin nümayəndələri iştirak edib.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli tədbir iştirakçılarına lüğət haqqında məlumat verib. Bildirib ki, bu nəşr əmək bazarı sahəsində ilk izahlı lüğət kimi mühüm əhəmiyyət daşıyır və sahədə vahid terminoloji bazanın formalaşdırılmasına xidmət edir.
Əmək bazarının müxtəlif aspektlərini əhatə edən 4 əsas istiqamət üzrə hazırlanan lüğətdə Azərbaycan və ingilis dillərində 5500 terminin əsaslı izahı verilib. Daha sonra lüğətin rəyçilərinin fikirləri dinlənilib. Nazirlik yanında İctimai şuranın sədri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov lüğətin önəmindən bəhs edib. O, yeni lüğətin istər dövlət, istərsə özəl sektor üçün nəzəri və praktik baxımdan dəyərli mənbə olduğunu vurğulayıb.
Digər çıxış edənlər əmək münasibətlərində hüquqi terminlərin dəqiq izahının əmək bazarı iştirakçıları, habelə qeyri-hökumət təşkilatları üçün əhəmiyyətini diqqətə çatdırıblar. Nəşrin əmək bazarı ilə bağlı məlumatlılığın artırılmasına və terminoloji vahidliyin təmin edilməsinə, bu sahəyə dair müxtəlif terminlərin düzgün anlaşılmasına və onlardan düzgün istifadəyə xidmət edəcəyi, müvafiq sahənin öyrənilməsi ilə məşğul olanlar üçün yol xəritəsi olacağı qeyd edilib.


Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Biznesinin İnkişafı Fondunun NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb