lider-media.az

FHN daha bir təlim keçib - Video

Baxış: 1383 Tarix: 9-07-2026, 12:49

fhn-daha-bir-telim-kecirdi

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “Ağır yol-nəqliyyat və suda boğulma hadisəsinin nəticələrinin aradan qaldırılması zamanı qəza və axtarış-xilasetmə işlərinin təşkili, təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

Təlimə FHN-in Muğan Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupunun və “Salyan Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının texnikası və şəxsi heyəti cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi və suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti olaraq deformasiyaya uğramış avtonəqliyyat vasitələrindən “zərərçəkmişlər xilas edilib”, həmçinin “suda boğulma təhlükəsi ilə üzləşmiş şəxs” sudan çıxarılaraq “ilk yardım” göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi