lider-media.az

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Baxış: 157 Tarix: Сегодня, 15:30

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 421-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 421-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 5.2-ci maddəsində “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 421-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 589 (Cild I) 1.1-ci və 1.4-cü bəndlərinə “5.1-ci” sözlərindən sonra “, 5.2-ci” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28, № 3, maddə 228, № 8, maddə 777; 2026, № 2, maddə 128) ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.16-4-cü yarımbənd əlavə edilsin:

“3.1.16-4. müvafiq ərazidə yerləşən dövlət tərəfindən qorunan mədəni sərvətlərin, o cümlədən abidələrin başqa yerə köçürülməsinə, tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına razılıq vermək;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi