lider-media.az

Makronun Ankarada səhər qaçışı - Video - Fotolar

Baxış: 1395 Tarix: 8-07-2026, 11:55

makronun-ankarada-seher-qacisi

NATO sammitində iştirak etmək üçün Türkiyədə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Ankarada səhər qaçışı edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa liderini mühafizəçiləri müşayiət ediblər. Makron onu “Sabahınız xeyir” və “Türkiyəyə xoş gəlmisiniz!” deyərək salamlayan jurnalistləri fransızca salamlayaraq təşəkkür edib. Onun səhər qaçışı səbəbilə Seğmenlər Parkı vətəndaşlar üçün müvəqqəti olaraq bağlanıb. Mətbuat nümayəndələrinin də parka girişinə icazə verilməyib. Makron geniş təhlükəsizlik tədbirləri fonunda təxminən 1 saat davam edən səhər qaçışından sonra qaldığı hotelə qayıdıb.Fransa liderinin bu gün NATO sammiti çərçivəsindəki rəsmi proqrama qatıldıqdan sonra mətbuat konfransı keçirməsi planlaşdırılır.






OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi