
Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Elçin Məmmədov Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin əhəmiyyətini vurğulayaraq, insan hüquq və azadlıqlarının müdafiəsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə dialoq və təcrübə mübadiləsinin faydalı olduğunu bildirib.
Qeyd olunub ki, Azərbaycan Baş Prokurorluğu Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri, o cümlədən GRECO və MONEYVAL ilə əməkdaşlığa xüsusi önəm verir, onların tövsiyələrinin icrası istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçirilir.
Həmçinin vurğulanıb ki, COP29 çərçivəsində Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilmiş "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda yüksəksəviyyəli tədbirdə Canluka Espozitonun iştirakı və çıxışı iki qurum arasında əməkdaşlığın inkişafına töhfə verib.
Canluka Espozito səmimi qəbula görə təşəkkürünü bildirərək, Avropa Şurası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə edib.
O, Baş Prokurorluğun "Ekstradisiya haqqında" Avropa Konvensiyası çərçivəsində mərkəzi orqan kimi fəaliyyətinin beynəlxalq hüquqi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, Konvensiyanın transmilli cinayətkarlıqla mübarizədə əsas beynəlxalq hüquqi alətlərdən biri olaraq aktuallığını qoruduğunu bildirib.
Görüşdə terrorçuluq, kibercinayətkarlıq və digər transmilli cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın, o cümlədən elektron sübutların əldə edilməsi və mübadiləsi sahəsində müasir hüquqi mexanizmlərin tətbiqinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ekoloji cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq və Baş Prokurorluğun bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin GRECO, MONEYVAL, CCPE və Avropa Şurasının digər aidiyyəti platformaları ilə əməkdaşlığın qanunvericiliyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, habelə təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğunun T-CY Komitəsi də daxil olmaqla, müvafiq əməkdaşlıq mexanizmləri çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinə hazır olduğu ifadə edilib.
Görüşdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix də iştirak edib.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb