lider-media.az

Azərbaycanda süni intellekt həkimlərə təlim keçəcək 

Baxış: 1429 Tarix: 8-07-2026, 11:45

 Azərbaycanda süni intellekt həkimlərə təlim keçəcək 

Qafqazın ən böyük xəstəxanasında belə bir simulyasiyanın fəaliyyətə başlaması çox böyük bir addımdır. Bunu Yeni Klinikada Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, mərkəz 5-ci nəsil simulyasiya texnologiyaları və süni intellekt vasitəsilə tibb işçilərinin real həyatda rastlaşa biləcəyi çətinlikləri təcrübədən keçirməsinə şərait yaradacaq:

“Tibb daim inkişaf tələb edir. Tibb təhsili təkcə nəzəriyyədən ibarət ola bilməz. Burada quraşdırılmış texnologiyalarla tibb işçiləri real həyatda rastlaşa biləcəkləri mürəkkəb situasiyaları işləyə və onlara öncədən hazırlaşa biləcəklər. Bu mərkəz həm də regiondan olan mütəxəssisləri bir araya gətirə bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi