lider-media.az

İqtisadiyyat nazirinin birinci müavini Balakəndə vətəndaşları qəbul edəcək

Baxış: 1338 Tarix: 8-07-2026, 09:34

10 iyul 2026-cı il tarixdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Balakən şəhərində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-dan etibarən Balakən şəhəri, Heydər Əliyev prospekti 54 ünvanında Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi