Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Sinqapur Respublikasının xarici işlər naziri Vivian Balakrişnan arasında telefon danışığı aparılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı Azərbaycan-Sinqapur arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlər, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal transformasiya, innovasiya, nəqliyyat-logistika, təhsil və insan kapitalının inkişafı kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı, ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsi istiqamətində atılan addımların vacibliyini qeyd ediblər.
Çoxtərəfli platformalarda, o cümlədən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb, beynəlxalq təşkilatların seçkili orqanlarına namizədliklər barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov 1 avqust tarixindən etibarən Azərbaycan tərəfindən Sinqapur vətəndaşları üçün vizasız rejimin tətbiq olunması qərarı barədə məlumat verib, bu addımın xalqlar arasında təmasların genişlənməsinə, işgüzar əlaqələrin və turizmin inkişafına, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Telefon danışığı zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb.
Bununla yanaşı, Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasının iqtisadi inteqrasiya və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin son illərdə strateji səviyyəyə yüksəldiyini, bu çərçivədə C6 formatı çərçivəsində əməkdaşlığın, habelə Xəzər dənizi, Orta Dəhliz və digər regional bağlantı layihələrinin Avrasiya məkanında dayanıqlı iqtisadi inteqrasiyanın təşviqinə mühüm töhfə verdiyi qeyd olunub. Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb