Azərbaycan dövlətçilik tarixində elə tarixlər vardır ki, onların əhəmiyyəti yalnız qəbul edilən hüquqi sənədlə məhdudlaşmır, bütöv bir milli inkişaf strategiyasının əsasını təşkil edir. 7 iyul da məhz belə əlamətdar günlərdən biridir.
2021-ci il iyulun 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmanla ölkənin iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edildi. Həmin sənədlə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu qərar sadəcə inzibati bölgünün yenilənməsi deyildi. Bu, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin siyasi, iqtisadi və strateji nəticələrinin dövlət idarəçiliyi sistemində hüquqi ifadəsi idi.
İşğaldan azad olunmuş torpaqların vahid inkişaf konsepsiyası əsasında bərpası, iqtisadi potensialının reallaşdırılması, müasir idarəetmə mexanizmlərinin tətbiqi və Böyük Qayıdış prosesinin sistemli şəkildə həyata keçirilməsi məhz həmin fərmanla yeni mərhələyə qədəm qoydu. Sonradan qəbul edilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" bu strateji yanaşmanın əsas icra mexanizminə çevrildi.
Bu gün Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütövlükdə regionun ən genişmiqyaslı yenidənqurma məkanlarından biri hesab olunur. Qısa müddət ərzində min kilometrlərlə avtomobil yolu salınıb, beynəlxalq hava limanları istifadəyə verilib, elektrik, qaz, su və rəqəmsal kommunikasiya infrastrukturu yaradılıb, yaşayış məntəqələri müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə yenidən qurulub. Ərazilərin "yaşıl enerji zonası"na çevrilməsi istiqamətində həyata keçirilən layihələr Azərbaycanın dayanıqlı inkişaf siyasətinin mühüm tərkib hissəsidir.
Bərpa prosesi yalnız tikinti layihələri ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda iqtisadi həyat yenidən formalaşdırılır, sənaye parkları və aqroparklar yaradılır, sahibkarlığın inkişafı üçün geniş imkanlar açılır. Yeni istehsal müəssisələri, xidmət sektoru və logistika infrastrukturu bölgənin gələcək iqtisadi gücünü müəyyən edən əsas amillər sırasındadır.
Ən böyük nailiyyət isə doğma torpaqlarına qayıdan insanların həyatında öz əksini tapır. Böyük Qayıdış proqramı çərçivəsində minlərlə keçmiş məcburi köçkün artıq öz yurdlarına qayıdıb, yüzlərlə ailə müasir yaşayış məntəqələrində məskunlaşıb. Dövlət tərəfindən təhlükəsiz yaşayış, məşğulluq, sosial xidmətlər və dayanıqlı iqtisadi fəaliyyət üçün zəruri şərait yaradılır.
Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi həm də milli yaddaşın bərpasıdır. Uzun illər işğal altında qalmış şəhər və kəndlər yenidən qurulmaqla yanaşı, tarixi və mədəni irs abidələri bərpa edilir, məscidlər, muzeylər, tarixi tikililər əvvəlki görkəminə qaytarılır. Bu proses milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin mühüm göstəricisidir.
Bu gün artıq Qarabağ və Şərqi Zəngəzur yalnız keçmişin ağrılarının deyil, gələcəyin böyük inkişaf modelinin simvoluna çevrilib. Burada həyata keçirilən layihələr müasir şəhərsalma, "ağıllı kənd", "ağıllı şəhər", yaşıl enerji, rəqəmsal idarəetmə və dayanıqlı iqtisadiyyat prinsipləri əsasında qurulur. Bu isə Azərbaycanın gələcək onilliklər üçün müəyyən etdiyi inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir.
7 iyul tarixi bu baxımdan yalnız inzibati islahatın ildönümü deyil. O, dövlətimizin tarixi Zəfərdən sonra yeni inkişaf mərhələsinə keçidini ifadə edən mühüm siyasi hadisənin simvoludur. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi Azərbaycanın iqtisadi qüdrətinin, milli birliyinin, siyasi iradəsinin və gələcəyə hesablanmış strateji baxışının parlaq təzahürüdür.
Bu torpaqlarda yenidən ucalan hər bina, istifadəyə verilən hər yol, doğma yurduna qayıdan hər ailə bir həqiqəti təsdiqləyir: Qarabağ və Şərqi Zəngəzur artıq yalnız Zəfərin rəmzi deyil, həm də Azərbaycanın yeni inkişaf salnaməsinin ən parlaq səhifələrindən biridir.
Nurəngiz Adilqızı


Prezidentin müsahibəsinin TAM MƏTNİ
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb