lider-media.az

Valideyn himayəsindən məhrum uşaqlar üçün “Karyera düşərgəsi”nə başlanıb

Baxış: 1760 Tarix: 7-07-2026, 16:07

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyinin birgə həyata keçirdiyi “Karyera körpüsü” layihəsi çərçivəsində “Karyera düşərgəsi”nə başlanıb.Layihənin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin yuxarı sinif şagirdləri və məzunlarının əmək bazarına hazırlıqlı olmalarına, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmələrinə, gələcəkdə uğurlu karyera qurmalarına dəstəyin göstərilməsidir.5 gün davam edəcək düşərgə müddətində iştirakçılar üçün motivasiya, özünüdərketmə, əmək bazarı, karyera planlaması, effektiv ünsiyyət, vaxtın idarə olunması mövzularına dair interaktiv təlimlər təşkil olunacaq. Onlar həmçinin CV hazırlanması, iş müsahibəsinə hazırlıq və süni intellektin əmək bazarına təsiri kimi mövzuları əhatə edən təlimlərə, mədəni-əyləncəli proqramlara cəlb ediləcək. Qeyd edək ki, “Karyera körpüsü” layihəsi çərçivəsində iştirakçılar üçün iki ili əhatə edən fərdi inkişaf planları hazırlanacaq. Onlara karyera və peşəyönümü məsləhəti xidmətləri göstəriləcək və məşğulluq imkanlarının genişləndirilməsi üçün tədbirlər həyata keçiriləcək.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi