lider-media.az

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Baxış: 1248 Tarix: Сегодня, 16:05

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1.Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.13-cü, 447-1.1-ci və 447-1.2-ci (hər iki halda) maddələrinin dispozisiyasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 192.13-cü və 447-1.2-ci (birinci halda) maddələrinin dispozisiyasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 447-1.1-ci maddəsinin dispozisiyasında “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 447-1.2-ci maddəsinin dispozisiyasında ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
  1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; 2026, № 1, maddələr 36, 41, № 2, maddələr 117, 123, № 3, maddələr 221, 223, 226, № 4, maddə 306; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissə üzrə:

3.1.1. 4.1-ci bəndə “192.3,” rəqəmlərindən sonra “192.13,” rəqəmləri, “445-1.4,” rəqəmlərindən sonra “447-1.1, 447-1.2 (hər iki halda),” sözləri əlavə edilsin;

3.1.2. 4.3-1-ci bəndə “162-1.1-ci,” sözlərindən sonra “192.13-cü,” sözləri, “445-1.4-cü,” sözlərindən sonra “447-1.2-ci (birinci halda),” sözləri əlavə edilsin;

3.1.3. 4.26-1-ci bənd 4.26-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 4.26-1-ci bənd əlavə edilsin:

“4.26-1. həmin Məcəllənin 447-1.1-ci maddəsinin dispozisiyasında “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur;”;

3.1.4. 4.33-cü bəndə “429.0.2-ci” sözlərindən sonra “, 447-1.2-ci (ikinci halda)” sözləri əlavə edilsin;

3.2. 5-ci hissə üzrə:

3.2.1. 5.4-cü bəndə “192.11-ci,” sözlərindən sonra “192.13-cü, 192.14-cü,” sözləri əlavə edilsin;

3.2.2. 5.11-ci bənddə “253-1.4” rəqəmləri “253-1.5” rəqəmləri ilə əvəz edilsin;

3.2.3. 5.15-ci bənddə “və 411-2-ci” sözləri “, 411-2-ci, 447-1.1-ci və 447-1.3-cü” sözləri ilə əvəz edilsin;

3.2.4. 5.47-ci bənddə “, 439-1, 439-2” rəqəmləri “– 439-3” rəqəmləri ilə əvəz edilsin;

3.2.5. 5.58-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.58-1. həmin Məcəllənin 429.0.2 – 429.0.4-cü, 447-1.2-ci, 477-1.1.7-ci və 602-1-ci (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən törədilən inzibati xətalar istisna olmaqla) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;”;

3.2.6. 5.70-1-ci bənd ləğv edilsin.

  1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (l kitab), maddələr 1294, 1295, (ll kitab), maddə 1378; 2025, № 2, maddə 127, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 8, maddə 746, № 9, maddə 820; 2026, № 1, maddə 41, № 2, maddə 117, № 3, maddələr 223, 226; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli və 19 iyun tarixli 686 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 15.0-cı bəndində “, 439-1, 439-2” rəqəmləri “– 439-3” rəqəmləri ilə əvəz edilsin.
  1. Bu Fərmanın 3.2.4-cü yarımbəndi və 4-cü hissəsi “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyul 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi