lider-media.az

İnvestisiya Portalı sahibkarlar və investorlar üçün yeni imkanlar yaradır

Baxış: 1131 Tarix: Сегодня, 12:35

İndiyədək İnvestisiya Portalından 1300-dən çox sahibkar, investor və startap qeydiyyatdan keçib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi məqsədilə yaradılmış İnvestisiya Portalı (invest.smb.gov.az) sahibkarlarla yerli və xarici investorlar arasında əlaqələrin qurulmasına, investisiya layihələrinin daha geniş auditoriyaya təqdim olunmasına xidmət edir.

2022-ci ildən fəaliyyət göstərən portal vasitəsilə investisiya axtaran və ya mövcud biznesini satışa çıxarmaq istəyən sahibkarlar öz layihələrini potensial investorların diqqətinə çatdıra bilirlər. Platforma investorlara müxtəlif sahələr üzrə layihələrlə tanış olmaq, layihə sahibləri ilə birbaşa əlaqə yaratmaq və perspektivli investisiya imkanlarını dəyərləndirmək imkanı yaradır.

Bu günədək portalda 173 layihə yerləşdirilib. Onlardan 147-si investisiyanın cəlb edilməsi, 4-ü investisiya təklifi, 22-si isə hazır biznesin satışı ilə bağlıdır. Layihələr kənd təsərrüfatı, sənaye, istehsal, xidmət və digər istiqamətləri əhatə edir.

İndiyədək 1300-dən çox sahibkar, investor və startap portalda qeydiyyatdan keçib, son bir ildə isə platformanın ziyarətçi sayı 29 mini ötüb.

Portal innovativ biznes ideyalarına malik startaplar üçün də əlavə maliyyələşmə imkanları yaradır. Layihələrin yerləşdirilməsi elektron qaydada, ödənişsiz həyata keçirilir. Bu zaman biznes-planın mövcudluğu, layihənin iqtisadi əsaslandırılması və investorlar üçün əhəmiyyət kəsb edən məlumatların tam təqdim olunmasına diqqət yetirilir.

Platformada məlumatların təhlükəsizliyi və məxfiliyi təmin edilir. Layihə sahibləri paylaşacaqları məlumatların həcmini özləri müəyyən edir, investorlarla əlaqələr isə onların razılığı əsasında qurulur. Portal yalnız investorlarla layihə sahibləri arasında əlaqələndirici platforma funksiyasını yerinə yetirir, tərəflər arasında əldə olunan razılaşmalar və investisiya qərarları isə birbaşa onlar tərəfindən müəyyənləşdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi