Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1.1. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-2-ci maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci (birinci halda) və üçüncü cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci cümləsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Rəqəmsal ekologiya” informasiya sistemi nəzərdə tutulur.
2.1. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsində nəzərdə tutulan qərarın qəbul edilməsi prosesinin sadələşdirilməsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Rəqəmsal ekologiya” informasiya sistemi üzərindən elektron formada həyata keçirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3.1. 3.1-ci bəndə “Qanununun” sözündən sonra “13.6-2-ci maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində,” sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 3.2-1-ci və 3.2-2-ci bəndlər əlavə edilsin:
“3.2-1. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci (birinci halda) və üçüncü cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
3.2-2. həmin Qanunun 13.6-2-ci maddəsinin birinci cümləsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Rəqəmsal ekologiya” informasiya sistemi nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2026-cı il