lider-media.az

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Baxış: 1260 Tarix: Сегодня, 12:35

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1245 (Cild I); 2024, № 2, maddə 147; 2025, № 11, maddə 1025) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.41-ci bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318 (Cild I); 2024, № 5 (I kitab), maddə 515; 2025, № 11, maddə 1020) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1.28-ci yarımbənddə “və qaz paylayıcısına” sözləri “, qaz nəqli sistem operatoruna, qazpaylayıcı sistem operatoruna, topdan və pərakəndə satıcıya” sözləri ilə əvəz edilsin;

2.2. 3.1.29-cu yarımbənddə “qaz paylayıcısından” sözləri “qaz nəqli sistem operatorundan, qazpaylayıcı sistem operatorundan, topdan və pərakəndə satıcıdan” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490 (Cild I); 2024, № 5 (I kitab), maddə 515; 2025, № 1, maddə 23, № 6, maddə 540) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.3.2. qazın nəqli, paylanması, saxlanması, satışı və idxalı fəaliyyətini həyata keçirən hüquqi şəxslər (bundan sonra – qaz təchizatı subyektləri), istehlakçılar, o cümlədən iri istehlakçılar.”;

3.2. 3-cü hissə üzrə:

3.2.1. 3.1.1-ci yarımbənddə “sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin” sözləri “subyektlərinin” sözü ilə əvəz edilsin;

3.2.2. 3.2.2-ci yarımbənddə “sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində” sözləri “subyektlərində” sözü ilə əvəz edilsin;

3.2.3. 3.3.1-ci yarımbənddə “qaz paylayıcısının” sözləri “qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun” sözləri ilə əvəz edilsin;

3.2.4. 3.3.2-ci yarımbənddə “qaz paylayıcısı” sözləri “qaz nəqli sistem operatoru və qazpaylayıcı sistem operatoru” sözləri ilə əvəz edilsin;

3.2.5. 3.7-ci bənd üzrə:

3.2.5.1. birinci abzasda “sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin” sözləri “subyektlərinin” sözü ilə əvəz edilsin;

3.2.5.2. 3.7.1-ci yarımbənddə “qaz paylayıcısı” sözləri “qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru” sözləri ilə əvəz edilsin;

3.2.5.3. 3.7.4-cü yarımbənddə “istehsalı, emalı, saxlanması, nəqli” sözləri “nəqli, paylanması, saxlanması, satışı, idxalı” sözləri ilə əvəz edilsin;

3.2.5.4. 3.7.5-ci yarımbənddə “qaz paylayıcısı” sözləri “qaz nəqli sistem operatoru, qazın saxlanması sistem operatoru və qazpaylayıcı sistem operatoru” sözləri ilə əvəz edilsin.

4. “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 865 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1713 (Cild I) 2.12 – 2.15-ci bəndləri ləğv edilsin.

5. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 337-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 27 aprel tarixli 701 nömrəli, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2000-ci il 6 mart tarixli 291 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında” 2020-ci il 1 iyul tarixli 1079 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 iyul tarixli 1394 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 728 (Cild I) 1.4-cü və 1.5-ci bəndləri ləğv edilsin.

6. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 756-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli, “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 fevral tarixli 2020 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 228 (Cild I) 1-ci hissənin birinci abzası, 1.1-ci, 1.3-cü və 1.4-cü bəndləri ləğv edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyul 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi