Ətraf mühitin mühafizəsi müasir dövrün ən mühüm qlobal çağırışlarından biridir. İqlim dəyişmələri, biomüxtəlifliyin azalması, su və torpaq ehtiyatlarının çirklənməsi, plastik tullantıların sürətlə artması artıq ayrı-ayrı ölkələrin deyil, bütün bəşəriyyətin ortaq probleminə çevrilib. Bu gün planetimizin gələcəyi ilə bağlı qəbul edilən hər bir qərar, həyata keçirilən hər bir təşəbbüs insanlığın sabahının təminatına xidmət edir. Məhz buna görə də son onilliklərdə ekoloji təhlükəsizliyin təmin olunması, dayanıqlı inkişaf prinsiplərinin təşviqi və cəmiyyətlərdə ekoloji məsuliyyətin formalaşdırılması beynəlxalq gündəliyin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Hər il iyulun 3-də qeyd olunan Beynəlxalq Polietilen Paketsiz Gün də məhz bu məqsədlərə xidmət edən qlobal ekoloji təşəbbüslərdəndir. Bu gün birdəfəlik polietilen paketlərdən istifadənin azaldılması, təkrar istifadə oluna bilən alternativlərin təşviqi, tullantıların minimuma endirilməsi və insanlarda ekoloji düşüncə tərzinin formalaşdırılması məqsədi daşıyır.
Beynəlxalq Polietilen Paketsiz Günün əsası 2008-ci ildə İspaniyanın Kataloniya bölgəsində fəaliyyət göstərən "Rezero" ("Yenidən Sıfır Tullantı") ekoloji təşkilatının təşəbbüsü ilə qoyulmuşdur. Əvvəlcə yerli ekoloji kampaniya kimi başlayan bu təşəbbüs qısa müddət ərzində Avropanın müxtəlif ölkələrində geniş dəstək qazanmış, sonradan "Sıfır Tullantı Avropa" şəbəkəsinin və digər beynəlxalq ekoloji təşkilatların iştirakı ilə qlobal maarifləndirmə hərəkatına çevrilmişdir. Hazırda iyulun 3-də dünyanın müxtəlif ölkələrində maarifləndirici aksiyalar, ictimai müzakirələr, təmizlik kampaniyaları və ekoloji layihələr həyata keçirilir. Bu təşəbbüs insanlara bir daha xatırladır ki, təbiətin qorunması böyük qərarlardan əvvəl gündəlik həyatımızda etdiyimiz kiçik seçimlərdən başlayır.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının məlumatlarına görə, hər il dünyada yüz milyonlarla ton plastik tullantı yaranır və bunun mühüm hissəsini birdəfəlik plastik məhsullar təşkil edir. Cəmi bir neçə dəqiqə istifadə edilən polietilen paketlər təbiətdə yüz illərlə qalaraq torpağı, çayları, gölləri və dənizləri çirkləndirir, canlı aləmin məhvinə səbəb olur. Plastik tullantılar zamanla mikroplastik hissəciklərə çevrilərək qida zəncirinə daxil olur və insan sağlamlığı üçün də ciddi təhlükə yaradır. Bu səbəbdən plastik tullantılarla mübarizə artıq ekoloji deyil, həm də sosial və iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.
Qlobal ekoloji çağırışların həllində Azərbaycan da fəal mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunması, təbii ehtiyatların səmərəli idarə edilməsi, biomüxtəlifliyin qorunması, yaşıl enerji mənbələrinin inkişafı və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Son illərdə "yaşıl enerji" layihələrinin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması, meşə fondunun genişləndirilməsi, su ehtiyatlarının qorunması və tullantıların idarə olunmasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Ölkəmizdə birdəfəlik plastik paketlərin istifadəsinin məhdudlaşdırılması istiqamətində həyata keçirilən qanunvericilik islahatları da bu siyasətin mühüm tərkib hissəsidir. "Ətraf mühitin mühafizəsi haqqında", "İstehsalat və məişət tullantıları haqqında" və digər normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində qalınlığı 15 mikrondan az olan plastik paketlərin istehsalı, idxalı və dövriyyəsi qadağan edilmiş, sonrakı mərhələdə birdəfəlik plastik çəngəl, qaşıq, bıçaq, boşqab və digər oxşar məhsulların istifadəsinə də məhdudiyyətlər tətbiq olunmuşdur. Bu qərarlar cəmiyyətimizdə məsuliyyətli istehlak mədəniyyətinin formalaşmasına və plastik tullantıların həcminin azalmasına mühüm töhfə verir.
Azərbaycanda ekoloji mədəniyyətin inkişafında dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların da fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA – Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsləri ölkəmizdə ekoloji hərəkatın formalaşmasına mühüm töhfə vermişdir. 2011-ci ildə təsis olunan IDEA qısa müddətdə Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ən nüfuzlu ictimai platformalardan birinə çevrilmişdir.
Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr sırasında ağacəkmə kampaniyaları, Xəzər dənizi sahillərinin təmizlənməsi aksiyaları, biomüxtəlifliyin qorunması proqramları, ceyranların təbii areallarına qaytarılması, Qafqaz bəbirinin, Xəzər suitisinin və digər nadir növlərin mühafizəsinə yönəlmiş layihələr xüsusi yer tutur. Eyni zamanda, məktəblilər və gənclər arasında ekoloji maarifləndirmə, tullantıların çeşidlənməsi və təkrar emal mədəniyyətinin təşviqi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
IDEA İctimai Birliyi 2013-cü ildə ölkəmizdə ilk dəfə olaraq bioparçalana bilən alış-veriş paketlərinin tətbiqinə başlamış, bu təşəbbüs sonradan ekoloji cəhətdən təhlükəsiz alternativlərin istifadəsinə geniş yol açmışdır. Bu layihə plastik tullantıların azaldılması sahəsində Azərbaycanda həyata keçirilən ilk sistemli ictimai təşəbbüslərdən biri kimi böyük əhəmiyyət kəsb edir. IDEA-nın fəaliyyəti bir daha sübut edir ki, ekoloji problemlərin həlli yalnız dövlət proqramları ilə deyil, cəmiyyətin bütün təbəqələrinin fəal iştirakı ilə mümkündür.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməsi də ölkəmizin qlobal ekoloji siyasətdə artan rolunun və beynəlxalq nüfuzunun bariz göstəricisidir. COP29 çərçivəsində yaşıl iqtisadiyyat, iqlim maliyyəsi, biomüxtəlifliyin qorunması, tullantıların azaldılması və dayanıqlı istehlak məsələləri əsas müzakirə mövzuları olmuşdur. Bu mötəbər tədbir Azərbaycanın yaşıl inkişaf strategiyasına sadiqliyini və beynəlxalq ekoloji əməkdaşlığa verdiyi töhfəni bir daha nümayiş etdirdi.
Ətraf mühitin qorunması hər bir vətəndaşın gündəlik davranışından başlayır. Mağazaya gedərkən parça çantaya üstünlük vermək, birdəfəlik polietilen paketdən imtina etmək, tullantıları çeşidləmək və təkrar emala dəstək olmaq sadə görünən, lakin böyük əhəmiyyət kəsb edən addımlardır. Məhz belə məsuliyyətli davranış cəmiyyətimizdə ekoloji mədəniyyətin formalaşmasına, təbii sərvətlərimizin qorunmasına və gələcək nəsillərə sağlam ətraf mühitin miras qoyulmasına xidmət edir.
Beynəlxalq Polietilen Paketsiz Gün bir daha xatırladır ki, yaşıl gələcək yalnız dövlətlərin qəbul etdiyi qərarlarla deyil, hər bir insanın gündəlik seçimləri ilə formalaşır. Azərbaycanın həyata keçirdiyi ardıcıl ekoloji siyasət, beynəlxalq təşəbbüslərdə fəal iştirakı, ictimai təşkilatların, xüsusilə IDEA İctimai Birliyinin və onun təsisçisi Leyla Əliyevanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyətləri ölkəmizdə ekoloji dəyərlərin möhkəmlənməsinə mühüm töhfə verir. Təbiəti qorumaq, plastik çirklənməsinin qarşısını almaq və yaşıl həyat tərzini gündəlik davranış normasına çevirmək həm bugünkü nəslin, həm də gələcək nəsillər qarşısında daşıdığımız ən ali vətəndaşlıq məsuliyyətidir.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb