Müasir dövrdə rəqəmsal transformasiya dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, innovasiyaların təşviqi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində rəqəmsallaşma dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə institusional idarəetmənin gücləndirilməsi, rəqəmsal ekosistemin formalaşdırılması və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir.
Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkəmizdə rəqəmsal transformasiyanın yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm hadisə kimi qiymətləndirilir. Şuranın fəaliyyəti dövlət qurumları arasında əlaqələndirmənin daha da təkmilləşdirilməsinə, rəqəmsal idarəetmənin səmərəliliyinin artırılmasına və innovativ həllərin geniş tətbiqinə əlavə imkanlar yaradacaq.
Mövzu ilə bağlı XQ-yə açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Şura Azərbaycanın regionda rəqəmsal transformasiya və innovasiya sahəsində lider mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.
Dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, xidmət təminatında innovasiyanın, süni intellektin tətbiq edilməsilə vətəndaşlara göstərilən xidmətlər asanlaşacaq, vətəndaş məmnunluğu artacaq və vətəndaş-məmur təması minimuma enəcəkdir. Bununla yanaşı, data suverenliyinin qorunması və süni intellektdən mənfi məqsədlərlə istifadənin qarşısının alınmasına yönəlmiş siyasətin hazırlanması və həyata keçirilməsi əsas məqsədlərdəndir.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” bu istiqamətdə ölkənin strateji yol xəritəsini müəyyən edir. Eyni zamanda Azərbaycanda 2025–2028-ci illər üçün “Süni İntellekt Strategiyası” təsdiq edilib. Azərbaycan Respublikasının Qanunvericiliyində də geniş dəyişikliklər paketi hazırlanıb. Məsələn, son dövrlər “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın mühafizəsi” adlı qanunda mütərəqqi dəyişikliklər edilir.
Dövlət xidmətlərinin rəqəmsallaşma sahəsində əsas yeniliklərdən biri vahid “mygov” ekosisteminin tətbiqidir. Bu yanaşma xidmətlərin daha operativ və rahat şəkildə təqdim olunmasını təmin edəcək. Eyni zamanda, proaktiv dövlət xidmətlərinin genişləndirilməsi nəticəsində bir sıra xidmətlər vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan avtomatik təqdim ediləcək.
O cümlədən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin "mygov" üzərindən həyata keçirilməsi, ali təhsil müəssisələrinə qəbul olan şəxslərin qeydiyyatı onlayn tamamlaya bilməsi, azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsinin əldə edilməsi, eləcə də tərcümə sənədlərinin təsdiqi kimi daha bir çox xidmətin artıq mygov üzərindən aparıla bilməsi vətəndaşlara operativ və keyfiyyətli xidmətin göstərilməsini və məmnunluğu daha da artmasını təmin edir. Qeyd edim ki, bu, həm də ekologiyamıza müsbət təsir edir, kağızdan istifadə, nəqliyyatdan istifadə, yol xərcləri xeyli azalır, vaxta qənaət edilir. Artıq evdən, iş yerindən ayrılmadan vətəndaş bir çox problemini rəqəmsal mühitdə həll edə biləcək.
“Mygov biznes” platforması isə sahibkarların işlərini asanlaşdıracaq, onlar üçün vahid platforma təklif edəcək ki, bu da səmərəliliyi artıracaq.
Dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqi, virtual köməkçilərin istifadəsi, milli hesablama infrastrukturunun yaradılması və tənzimləyici test mühitinin formalaşdırılması bu sahədə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bütün bu proseslər milli maraqların qorunması və məlumat suverenliyinin təmin edilməsi prinsipləri əsasında həyata keçirilir.
Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, informasiya infrastrukturunun qorunması, süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi və kibergigiyena üzrə maarifləndirmə tədbirləri Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemini yeni səviyyəyə yüksəldəcək.
Rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri də təhsildir. Yeni nəsildə rəqəmsal kompetensiyaların formalaşdırılması, tədris prosesində süni intellekt texnologiyalarının tətbiqi və insan kapitalının gücləndirilməsi gələcəyin rəqabətqabiliyyətli cəmiyyətinin qurulmasına xidmət edir.
Həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan üçün rəqəmsal inkişaf texniki bir məsələ deyil, dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadi şaxələndirmə, milli təhlükəsizlik və insan kapitalının inkişafını əhatə edən kompleks strateji prioritetdir.
Nurəngiz Adilqızı
XQ


Azərbaycan Respublikası Prezidentinin Fərmanı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Ərazi bütövlüyümüzün bərpası ilə Konstitusiyanın müddəaları tam yerinə yetirildi - FƏRHAD ABDULLAYEV
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Ana dilimiz – milli varlığımızın və dövlətçilik ənənələrimizin səsi
Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Sentyabrın 30-u saat 9:00-a olan faktiki hava
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
Masallıda kənd yolları yenilənir Video
Canni İnfantinodan Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir
Oktyabr ayına olan hava proqnozu
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir
Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər