Məlumata görə, portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System - iDMS) əsasında yaradılıb.
Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarə olunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmininə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına və itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı əlaqələrin müasir rəqəmsal müstəvidə təşkilinə xidmət edir.
Sistemin hazırlanması zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, və Dövlət Komissiyasının fəaliyyət istiqamətləri nəzərə alınmışdır. Portal tam şəkildə Azərbaycan dilində fəaliyyət göstərir və məlumatlar Azərbaycan Respublikasının ərazisində yerləşən serverlərdə saxlanılır. Portal istifadəçilərə aşağıdakı imkanları təqdim edir:
"İtkin düşmüş şəxs barədə məlumat ver" (Report a Missing Person) xidməti vasitəsilə itkin düşmüş şəxslər barədə yeni məlumatların təqdim edilməsi;
"Sorğu göndər" (Request on Missing Persons) bölməsi vasitəsilə Dövlət Komissiyasına elektron müraciətlərin ünvanlanması;
"Məkanı göstər" (Indicate a Place) xidməti vasitəsilə ehtimal olunan məzar və ya dəfn yerləri barədə coğrafi koordinatlarla birlikdə məlumatların təqdim edilməsi;
fotoşəkillərin, sənədlərin və digər materialların elektron qaydada sistemə əlavə olunması;
müraciətlərin daha operativ araşdırılması üçün əlavə məlumatların təqdim edilməsi.
Portalın mühüm üstünlüklərindən biri də vətəndaşlardan daxil olan məlumatların vahid elektron bazada sistemləşdirilməsi, təhlil edilməsi və aidiyyəti dövlət qurumlarının istifadəsinə təqdim olunmasıdır. Bu isə axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə proseslərinin daha səmərəli planlaşdırılmasına imkan verir.
Onlayn Sorğu Mərkəzindən istifadə üçün Dövlət Komissiyasının rəsmi internet saytına daxil olmaq kifayətdir: https://scmp.gov.az/
Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasına kömək edə biləcək hər hansı məlumata malik bütün şəxsləri Onlayn Sorğu Mərkəzinin imkanlarından istifadəyə çağırır.


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb
“Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib (video, foto)
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında ƏSASNAMƏ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb