lider-media.az

Şirvan və Ağgöl milli parklarında "Açıq qapı" günü keçiriləcək

Baxış: 1468 Tarix: 2-07-2026, 09:55

Şirvan və Ağgöl milli parklarının yaradılması münasibətilə 5 iyul tarixində hər iki milli parkda "Açıq qapı" günü təşkil olunacaq. Həmin gün ziyarətçilər milli parklara ödənişsiz daxil ola biləcəklər.
Bu xüsusi gündə Ağgöl Milli Parkını ziyarət edənlər parkın füsunkar təbiəti ilə yaxından tanış olmaq, nadir quş növlərini və digər canlı aləmini müşahidə etmək imkanı qazanacaqlar. Şirvan Milli Parkında isə ziyarətçiləri ceyranların təbii mühitdə izlənilməsi üçün safari turu gözləyir.
Təbiətin gözəlliklərini kəşf etmək, ailəsi və dostları ilə maraqlı bir gün keçirmək istəyən hər kəsi 5 iyul tarixində Şirvan və Ağgöl milli parklarına dəvət edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi