lider-media.az

Azərbaycan yəhudiləri İsraili "erməni soyqırımı"nı tanımamağa çağırdı

Baxış: 1285 Tarix: 1-07-2026, 16:59

Azərbaycan yəhudiləri İsraili "erməni soyqırımı"nı tanımamağa çağırdı

Azərbaycanın üç yəhudi icmasının rəhbərləri İsrail parlamentinin (Knesset) deputatlarına müraciət edərək qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı təşəbbüsü dəstəkləməməyə çağırıblar.Müraciəti Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Bakı Aşkenazi Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Bakı Sefard Yəhudiləri İcmasının rəhbəri Gennadi İsayev imzalayıblar.

Müraciətdə bildirilir ki, qondarma "erməni soyqırımı"nın tanınması Cənubi Qafqazda yeni formalaşmağa başlayan sülh və sabitlik prosesinə mənfi təsir göstərə bilər.Sənəddə vurğulanır ki, mürəkkəb və həssas tarixi hadisələr siyasi qərarların deyil, tarixçilərin və mütəxəssislərin elmi araşdırmalarının mövzusu olmalıdır.Müraciət müəlliflərinin fikrincə, bu cür məsələlərin siyasiləşdirilməsi İsrailin səmimi dostları arasında əsassız gərginlik yarada və regionda etimad mühitinə zərər vura bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi