Bəzi şəhərlər var ki, onların tarixi yalnız salnamələrdə deyil, insanların yaddaşında, həyat tərzində, adət-ənənəsində və mənəvi dünyasında yaşayır. Belə şəhərlərdən biri, heç şübhəsiz, Bakıdır. Xəzərin sahilində minilliklər boyu ucalan bu qədim şəhər təkcə Azərbaycanın paytaxtı deyil, həm də xalqımızın zəngin tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin, tolerantlıq ənənələrinin və zəhmətsevərliyinin canlı salnaməsidir.
Məhz buna görə də son illər iyulun 1-i cəmiyyət arasında rəsmi dövlət bayramı statusu daşımamasına baxmayaraq, "Bakılılar günü" kimi ehtiramla qeyd olunur. Bu tarix Bakını sevən insanların, onun tarixinə, qədim məhəllələrinə, Bakı kəndlərinə və əsrlər boyu formalaşmış həyat tərzinə bağlılığının ifadəsinə çevrilib. Bu gün həm də Bakının daş yaddaşına, onu yaşadan insanlara və milli-mənəvi dəyərlərə hörmətin simvolu kimi qəbul edilir.
Uzun illər Bakı və Bakı kəndlərinin tarixi, etnoqrafiyası, toponimiyası, məişəti və mədəni irsi ilə bağlı tədqiqatlar aparan, bu mövzuda kitabların müəllifi olan tarixçi-etnoqraf alim, tədqiqatçı Təvəkkür Səlimov (Şaqani) hesab edir ki, "bakılı" anlayışı yalnız coğrafi mənsubiyyət deyil, daha geniş mənəvi və mədəni kimlik ifadəsidir. Onun sözlərinə görə, bakılı olmaq Bakının tarixini, ruhunu, şəhər mədəniyyətini və əsrlərlə formalaşmış milli dəyərləri yaşatmaq və gələcək nəsillərə ötürmək deməkdir.
Alim bildirir ki, Bakı kəndləri – Şağan, Mərdəkan, Buzovna, Bilgəh, Maştağa, Nardaran, Zirə, Türkan, Hövsan, Əmircan, Ramana, Kürdəxanı və digər qədim yaşayış məskənləri paytaxtın tarixi yaddaşını bu günə qədər qoruyub saxlayan əsas mədəni mərkəzlərdir. Bu kəndlərin hər biri özünəməxsus danışıq tərzi, məişət mədəniyyəti, ailə və qonşuluq münasibətləri, folkloru, mərasimləri və təsərrüfat ənənələri ilə Bakı kimliyinin ayrılmaz hissəsinə çevrilmişdir.
Təvəkkür Səlimovun sözlərinə görə, köhnə bakılıları fərqləndirən əsas xüsusiyyətlər sadəlik, zəhmətsevərlik, sözə sədaqət, böyüyə hörmət, kiçiyə qayğı, qonaqpərvərlik, təmkin və yüksək davranış mədəniyyəti olub. Bakı məhəllələri və kəndləri yalnız yaşayış məkanı deyil, həm də insan yetişdirən böyük həyat məktəbi kimi formalaşıb. Burada qonşuluq münasibətləri ailə münasibətləri qədər möhkəm olub, ağsaqqal sözü həmişə uca tutulub, milli adət-ənənələr isə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Alim qeyd edir ki, 1 iyulun cəmiyyət arasında "Bakılılar günü" kimi qeyd olunması hər hansı rəsmi tarixi hadisəyə əsaslanmır. Bu tarix daha çox rəmzi məna daşıyır. Yay fəslinin başlanması ilə Bakı kəndlərində həyat canlanır, insanlar ata-baba yurdlarına, bağ evlərinə üz tutur, ailələr və qohumlar bir araya gəlir, el məclisləri və görüşlər daha sıx xarakter alır. Məhz bu dövr Bakı kəndlərinə xas olan qədim adət-ənənələrin, milli-mənəvi dəyərlərin və ictimai münasibətlərin daha aydın şəkildə yaşandığı bir zaman kimi formalaşmışdır. Buna görə də 1 iyul Bakının tarixi yaddaşına, onun kəndlərinə və bu mədəni mühiti formalaşdıran insanlara ehtiramın simvolik günü kimi qəbul edilir.
Son illərdə Bakı kəndlərində bu münasibətlə keçirilən yığıncaqlar, görüşlər və müxtəlif ictimai tədbirlər də məhz bu ideyanın – şəhərin tarixi-mədəni irsinin yaşadılması, Bakı kimliyinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədinə xidmət edir.
Təvəkkür Səlimov vurğulayır ki, Bakını sevən hər bir insan, harada doğulmasından asılı olmayaraq, bu şəhərin mədəni mühitinə, tarixinə və mənəvi irsinə sahib çıxmaqla onun yaşayan yaddaşının bir hissəsinə çevrilir. Çünki Bakı yalnız yerli bir məkan deyil, müxtəlif dövrlərdə müxtəlif bölgələrdən gələn insanların zəhməti, biliyi və sevgisi ilə formalaşmış böyük bir mədəniyyət mərkəzidir.
Bakı minilliklər boyu Şərqlə Qərbin qovuşduğu, müxtəlif mədəniyyətlərin bir-birini zənginləşdirdiyi, elmə, sənətə, zəhmətə və insan münasibətlərinə yüksək dəyər verilən şəhər kimi formalaşıb. İçərişəhərin qədim daş küçələri, Xəzərin sonsuz üfüqü, Bakı kəndlərinin həyətlərindəki tut və əncir ağacları, samovar ətrafında edilən söhbətlər, Novruz tonqalları, el adətləri, muğam sədaları və ailə ənənələri bu şəhərin görünməyən, lakin heç vaxt itirmədiyi ruhunu bu gün də yaşadır.
Qloballaşan dünyada bu ruhun qorunması daha böyük məsuliyyət tələb edir. Çünki gələcək yalnız yeni tikilən binalarla deyil, qorunan milli yaddaşla qurulur. Bakı isə məhz öz yaddaşı ilə böyükdür.
Araşdırmaçı alim hesab edir ki, müasir Bakının inkişafı ilə yanaşı, şəhərin tarixi simasının, qədim məhəllələrinin və Bakı kəndlərinin mənəvi irsinin qorunması da xüsusi əhəmiyyət daşıyır. Çünki şəhərin əsl zənginliyi yalnız müasir memarlıq nümunələri ilə deyil, əsrlər boyu formalaşmış mədəni yaddaşı ilə ölçülür.
Onun sözlərinə görə, cəmiyyət arasında qeyd olunan Bakılılar günü də məhz bu məqsədə xidmət edir. Bu gün insanların öz köklərinə, doğma şəhərlərinə, qədim Bakı mühitinə və milli yaddaşına daha sıx bağlanmasına, Bakı kəndlərinin zəngin tarixi-etnoqrafik irsinin təbliğinə və gələcək nəsillərə çatdırılmasına xidmət edən mənəvi dəyər kimi qəbul edilir.
Təvəkkür Səlimovun təbirincə desək, Bakı öz insanları ilə yaşayır. Bu şəhərin ən böyük sərvəti daşdan hörülmüş qala divarları deyil, o daşlara tarix yazan, Xəzərin nəfəsi ilə böyüyən, zəhməti, mərdliyi, qonaqpərvərliyi, yüksək mədəniyyəti və Vətən sevgisi ilə bu şəhərin mənəvi simasını əsrlər boyu qoruyub saxlayan insanlardır.
Doğrudan da, şəhərləri böyük edən təkcə onların memarlığı, geniş prospektləri və müasir inkişafı deyil. Şəhərləri yaşadan onların yaddaşıdır. O yaddaş isə daş abidələrdə olduğu qədər insanların həyat tərzində, düşüncəsində, davranışında və adət-ənənəsində yaşayır.
Bakı bu mənada yalnız qədim şəhər deyil, həm də milli yaddaşın daşıyıcısıdır. İçərişəhərin daş küçələrindən Abşeron kəndlərinin həyətlərinə, Xəzərin sahilindən müasir şəhər mənzərəsinə qədər uzanan bu mədəni xətt bir həqiqəti təsdiqləyir: şəhəri yaşadan onun insanıdır.
Bu gün Bakını öz doğma şəhəri hesab edən, onun inkişafına töhfə verən, tarixi irsinə hörmətlə yanaşan hər kəs bu böyük mədəniyyətin bir parçasıdır. Çünki şəhərlər yalnız keçmişlə deyil, həmin keçmişə sahib çıxan insanların məsuliyyəti ilə yaşayır.
Bakı var olduqca onun yaddaşı yaşayacaq, bu yaddaş yaşadıqca isə qədim şəhərin ruhu da nəsildən-nəslə ötürüləcək. O yaddaşın ən böyük daşıyıcıları isə bakılılardır.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Naxçıvan Hərbi Kollecində buraxılış mərasimi keçirilib
İyulun 2-də gözlənilən hava şəraiti
Somali Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Şeyx Mahmuda
Kanadanın General-Qubernatoru Zati-aliləri xanım Luiza Arbura
Məhkəmə-Hüquq Şurasında məhkəmə sisteminə dair yeni layihələr müzakirə edilib
Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
Leyla Əliyeva Məhəmməd Füzuli adına parkdakı işlərlə tanış oldu
Bu gündən bəzi qatarların hərəkət qrafiki dəyişir
Leyla Əliyeva Şəkidə uşaq evinin sakinləri ilə görüşüb
Hərracda 28 nəqliyyat vasitəsi satılıb
“Sosial saat”da işçilərin məzuniyyət hüquqlarından bəhs olunacaq
Bu gündən Azərbaycanda iyul çağırışı başlayır.
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat
Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Zati-aliləri xanım Delsi Rodriqesə
Xankəndi və Xocalı sakinləri üçün yeni peşə kursuna başlanıb
Prezident bu qanunu təsdiqlədi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması