lider-media.az

Somali Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Şeyx Mahmuda

Baxış: 1512 Tarix: 1-07-2026, 11:59

Hörmətli cənab Prezident,

Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluğa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Somali əlaqələri inkişaf edir və genişlənir. İnanıram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin potensialından tam istifadə olunması və əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi