lider-media.az

Bu gündən Azərbaycanda iyul çağırışı başlayır.

Baxış: 1121 Tarix: Сегодня, 09:52

 Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış kampaniyasına start verilir. Çağırış Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il mayın 20-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2026-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncama əsasən həyata keçirilir.

Sərəncama uyğun olaraq, 2008-ci ildə anadan olmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, həmçinin 1996–2007-ci illərdə anadan olmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya hərbi xidmətdən azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi