lider-media.az

Xankəndi və Xocalı sakinləri üçün yeni peşə kursuna başlanıb

Baxış: 1629 Tarix: 30-06-2026, 17:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi şəhəri və Xocalı rayon sakinləri üçün yeni peşə hazırlığı kursuna başlayıb. Kurs Xankəndidə fəaliyyət göstərən “GP Safety” MMC-nin bazasında təşkil olunub.

Müdavimlərə tikiş avadanlıqlarının operatoru peşəsi üzrə nəzəri və praktiki biliklər tədris edilir, müvafiq istehsalat bacarıqları aşılanır. Kursu uğurla bitirənlər işlə təmin olunacaqlar.

Məqsəd azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbatın qarşılanması, işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələmələrinə dəstək göstərməkdir.

Sosial şəbəkələrdə də bizi izləyin:

telegram   facebook   instagram   Youtube   x   linkedin   whatsapp   tiktok   threads  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi